ABŞ müdafiə nazirindən Türkiyəyə başsağlığıbackend

ABŞ müdafiə nazirindən Türkiyəyə başsağlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri Lloyd Ostin zəlzələlərə görə Türkiyəyə başsağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, o, NATO-nun mənzil-qərargahında keçirilən Ukrayna Müdafiə Təmas Qrupu Toplantısının açılışında çıxış edib:

“Hamınızı Ukrayna Müdafiə Təmas Qrupunun 9-cu iclasında görmək çox xoşdur. Başlamazdan əvvəl keçən həftə Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığı vermək istərdim. Birləşmiş Ştatlar bu dəhşətli faciədən sonra ehtiyacı olanlara kömək etmək üçün türk müttəfiqlərimiz və digərləri ilə təcili olaraq işləməyə davam edəcək”.

NOCOMMENT.AZ