ABŞ müharibənin ildönümündə Rusiyaya “sürpriz” hazırlayırbackend

ABŞ müharibənin ildönümündə Rusiyaya “sürpriz” hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bu həftə Rusiyadan olan daha 200 fiziki və hüquqi şəxsə sanksiya tətbiq etməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu haqda məlumatı “The Wall Street Journal” etibarlı mənbəyə istinadən yayıb.

Nəşr qeyd edir ki, yeni sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının ildönümünə təsadüf edəcək.

Yeni sanksiyalar Rusiyanın müdafiə və texnologiya sektorlarını gücləndirmək cəhdinin qarşısını almaq məqsədi daşıyacaq. Mənbənin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən bu həftə açıqlanacaq sanksiyalar paketinə bəzi Rusiya qubernatorları, Rusiya dövlət işçilərinin qohumları, texnologiya şirkətləri daxil olacaq.

Sanksiyalar həm də müdafiə sektoruna və sanksiyalardan yayınmağı asanlaşdıran strukturlara qarşı yönəldiləcək.

Xatırladaq ki, dünən ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı bu həftənin sonunda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlamışdı.
sfera