ABŞ müharibəyə hazırlaşır? – Sakit okeanda təlimlər…backend

ABŞ müharibəyə hazırlaşır? – Sakit okeanda təlimlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Sakit okeanda hərbi hazırlıqlarını bütün sürəti ilə davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin qlobal müdafiə nəşri “Military.com”un paylaşdığı məlumata görə, Pentaqonun yeni Asiya strategiyası ilə bağlı təlimlər sürətləndirilib.

Regionda nüvə bombardmançıları uçurur və 2027-ci ildə Çinlə müharibə olacağı təqdirdə yerləşdirilən döyüş maşınlarına lazer silahları quraşdırır. Bundan başqa Almaniya Sakit okeanda hərbi baza yaratmağa hazırlaşır. ABŞ-nin Dəniz Müştərək Fəaliyyətləri strategiyası çərçivəsində ikinci dəfə həyata keçirilən manevrdə nüvə bombası daşıyan B-52H bombardmançı təyyarələrindən ilk dəfə istifadə edilib.

ABŞ-nin Qərbi Sakit okean bölgəsindəki Quam adasındakı Andersen aviabazasından havaya qalxan təyyarələr Çinə qarşı güc nümayişi edib.