ABŞ müşaviri Hindistan Baş nazirini Rusiya və Çinlə münasibətlərinə görə tənqid etdibackend

ABŞ müşaviri Hindistan Baş nazirini Rusiya və Çinlə münasibətlərinə görə tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti ticarət və iqtisadi məsələlər üzrə müşaviri Piter Navarro Hindistan Baş naziri Narendra Modini Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə əməkdaşlıq etdiyi üçün tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Fox News kanalına açıqlama verib.

“Bilirsiz, Modi əla liderdir, amma mən başa düşmürəm ki, onun ölkəsi dünyanın ən böyük demokratiyasıdırsa, niyə o, Putin və Si Cinpinlə əlaqədə olur”, – deyə Navarro bildirib.

Müşavir vurğulayıb ki, hazırda Hindistanın elit təbəqələri bu əməkdaşlıqdan faydalansa da, adi insanlar sanksiyalar səbəbindən iqtisadi çətinliklərlə üzləşirlər.