ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Polşa səmasında dronlarla bağlı insidentdən sonra Vaşinqtonun NATO ərazisinin hər santimetrini müdafiə edəcəyini bildirib.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Biz bu hava məkanı pozuntuları fonunda NATO müttəfiqlərimizin yanındayıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik” deyə X-də yazıb.