ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker NATO sammiti ərəfəsində keçirilən onlayn brifinqdə bildirib ki, Şimali Atlantika Alyansı Rusiyaya görə müdafiə xərclərini artırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
“Bizim müdafiəyə sərmayələri 5%-ə qədər artırmağa bu qədər diqqət yetirməyimizin səbəbi Rusiyadır və onun NATO təhlükəsizliyinə uzunmüddətli təhdididir,” – Uitaker izah edib.
O, bu fikri NATO-nun Haaqadakı sammitinin yekun kommunikesində Rusiyanın əsas təhdidlər siyahısına daxil edilməsi ilə bağlı suala cavab olaraq deyib. Vitaker kommunikenin “birbaşa və açıq” olacağına, “hazırkı təhlükə qiymətləndirilməsini əks etdirəcəyinə” və müttəfiqlərin kollektiv və fərdi müdafiəsinin vacibliyini təsdiqləyəcəyinə əminliyini ifadə edib.