ABŞ Netanyahudan narahatdır?backend

ABŞ Netanyahudan narahatdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Qəzza hücumlarına görə İsrailin baş naziri Netanyahudan narahatdır.

NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə “Politico” jurnalı çıxış edib.

Jurnalda qeyd edilib ki, noyabr ayında keçiriləcək prezident seçkilərindən əvvəl Bayden Netanyahudan, o cümlədən öz partiyası olan demokratlardakı sadiq İsrail tərəfdarlarından uzaqlaşmaq üçün təzyiqlə üzləşir. Baydenin İsrail liderinin siyasi gələcəyini xilas etmək üçün ABŞ-ni regional müharibəyə sürükləyəcəyindən qorxduğu da iddia edilib.

Jurnalda həmçinin bildirilib ki, Ağ Ev sözçüsü bu iddiaları təkzib edib və bildirib ki, iki lider onilliklər ərzində həm ictimai, həm də özəl olaraq hörmətli münasibətdə olublar.

Jurnalda qeyd edilir ki, Baydenin dərin qorxusu ondan ibarətdir ki, Netanyahu ABŞ-ni bütün regiona yayılacaq müharibəyə sürükləyəcək və bu, regiona daha çox ABŞ qüvvələrinin göndərilməsinə və silah təchizatının davam etdirilməsinə gətirib çıxaracaq.