ABŞ-nin 3 ştatı Kanadaya birləşmək istəyirbackend

ABŞ-nin 3 ştatı Kanadaya birləşmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York ştatının senatoru Liz Krueger ABŞ-nin şimal-şərqindəki ştatların, o cümlədən Nyu-York, Konnektikut, Massaçusets və Vermont ştatlarının ABŞ-dan mümkün ayrılması və onların Kanadaya daxil edilməsi məsələsini müzakirə etmək təşəbbüsü ilə çıxış edib.

NOCOMMENT.az CNN-ə istinadən xəbər verir ki, Nyu-York ştatı Senatının Maliyyə Komitəsinin sədri Krueger bununla bağlı narahatlığını ifadə edib. O, hesab edir ki, liberal ştatları miqrantların sığınacaqları statusuna görə maliyyənin kəsilməsi ciddi nəticələri ola bilər. Demokrat senator iddia edir ki, Trampın bu siyasəti artıq yeni seçilmiş prezidentin administrasiyasında müzakirə olunur.