ABŞ-nin Avropada nə qədər əsgəri var?backend

ABŞ-nin Avropada nə qədər əsgəri var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropada, Şimali Atlantika Alyansı ölkələrinin ərazisində ABŞ-nin 80 min əsgəri var”.

NOCOMMENT.az xəbər verir ki, ölkə prezidenti Co Bayden belə deyib. Bildirib ki, bu rəqəm ötən illə müqayisədə dəyişməz olaraq qalıb.

NATO ölkələrindən başqa, Birləşmiş Ştatların daha 576 əsgəri Kosovoda, 2 min 310-u Səudiyyə Ərəbistanında, 3 min 813-ü İordaniyada, 75 əsgəri isə Livanda yerləşdirilib. Bayden İraq və Suriyadakı əsgər və zabitlərinin sayını açıqlamayıb.

Qeyd edib ki, məlumatlar “milli təhlükəsizliyi təmin etmək”üçün qapalı qalır.