ABŞ-nin Ermənistanda hərbi-bioloji laboratoriyası – Müqavilə imzalandıbackend

ABŞ-nin Ermənistanda hərbi-bioloji laboratoriyası – Müqavilə imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda ABŞ-nin 13-cü hərbi-bioloji laboratoriyasının yaradılmasına hazırlıq gedir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti yazıb. Bildirilib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ötən həftə ABŞ Müdafiə Nazirliyinin nümayəndələri ilə bu barədə müqavilə imzalayıb.

Laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək. Məqalədə qeyd olunub ki, mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Çünki hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, xüsusilə yaxınlıqdakı məktəblərdə işləyənlər və oxuyanların sağlamlığı üçün təhlükə yarana bilər.

Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 12 hərbi-bioloji laboratoriyası var. Kreml bu laboratoriyalara qarşı hələ ki Kollektiv Təhlükəsizliklə Müqaviləsi Təşkilatı çərçivəsində hərəkətə keçib.