ABŞ-nin Ermənistandakı səfiri fəaliyyətini Rusiyada davam etdirəcəkbackend

ABŞ-nin Ermənistandakı səfiri fəaliyyətini Rusiyada davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Linn Treysinin ABŞ-nin Moskvadakı səfiri təyin edilməsinə razılıq verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb. Bundan əvvəl Treysinin namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülmüşdü.

Hazırda o, ABŞ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəridir.

“Bəli, razılıq verdik. Məsələ burasındadır ki, onlar razılıq üçün bir müddət öncə müraciət etmişdilər. Lakin onun bu vəzifəyə namizədliyinin yenicə irəli sürüldüyünü bəyan etdilər. Biz də razılıq verdik”, – deyə Ryabkov jurnalistlərə bildirib.