ABŞ-nin Ermənistanla bağlı şok planı: 2 aya yeni savaş…backend

ABŞ-nin Ermənistanla bağlı şok planı: 2 aya yeni savaş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin Ermənistanla bağlı planı artıq uzun müddətdir ki, fəaliyyətdədir. Demək olar ki, bu planın başında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton durub. Bu “iş” onun kurasiyasındadır.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu fikirlərlə tanınmış erməni mediaekspert Tiqran Köçəryan “Review” verlişinin efiri zamanı dilə gətirib.

Onun sözlərinə əsasən, Qərbin Ermənistanla bağlı bu planının iki bəndi var: “Birincisi və ən əsası, regionda Rusiyanın təsirini zəiflətmək, cəmiyyətdə antirusiya ahval-ruhiyəsini yaratmaq, Ermənistanı Kremlin orbitindən yayındırmaq və RF-nin Gümrü bazasının regiondan çıxarılmasına nail olmaq.

Planın ikinci hissəsi İran ilə bağlıdır. ABŞ bir güllə ilə iki hədəf vurur. Güllə rolunda isə İrəvandır. Əgər heç nə dəyişməsə, 2 ay ərzində yeni savaş olacağını proqnozlaşdırıram. Hər bir halda bu proses Ermənistan üçün çox təhlükəlidir. Biz dövlətimizi yeni ilə qədər itirə bilirik”, – deyə o qeyd edib.

Köçəryan onu da vurğulayıb ki, Boltonun bu planı bir halda baş tutmaya bilər – Rusiya Ukraynada tez bir zamanda uğur qazanarsa:

“Bu zaman Kreml bizim regionumuza diqqət yetirəcək. Onda Ermənistan üçün ikiqat pis olacaq. Rusiya Ermənistanı öz orbitinə geri dondərmək üçün güclü rıçaqlara malikdir. Ermənistan və ermənilər üçün ən çətin 2 aya daxil oluruq…” – erməni ekspert deyir.