Amerika Birləşmiş Ştatların estakadası müvəqqəti olaraq Qəzza sahillərindən çıxarılıb.
NOCOMMENT.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb estakadanın strukturunun bir hissəsinin qırılmasıdır.
Üzən körpünün təmir üçün İsrail limanına aparıldığı, azı 1 həftə sonra Qəzza sahillərinə qaytarılacağı bildirilib.
Xatırladaq ki, 320 milyon dollara başa gələn konstruksiya 2 həftə əvvəl istifadəyə verilib. BMT üzən körpü ilə 137 yardım maşını daşındığını açıqlayıb.