ABŞ-nin estakadası Qəzzanı tərk edib – SƏBƏBbackend

ABŞ-nin estakadası Qəzzanı tərk edib – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatların estakadası müvəqqəti olaraq Qəzza sahillərindən çıxarılıb.

NOCOMMENT.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb estakadanın strukturunun bir hissəsinin qırılmasıdır.

Üzən körpünün təmir üçün İsrail limanına aparıldığı, azı 1 həftə sonra Qəzza sahillərinə qaytarılacağı bildirilib.

Xatırladaq ki, 320 milyon dollara başa gələn konstruksiya 2 həftə əvvəl istifadəyə verilib. BMT üzən körpü ilə 137 yardım maşını daşındığını açıqlayıb.