ABŞ-nin faizləri endirməsi bu valyutanı bahalaşdıracaq – PROQNOZbackend

ABŞ-nin faizləri endirməsi bu valyutanı bahalaşdıracaq – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də mərkəzi bank funksiyasını həyata keçirən FED-in faizləri endirəcəyi təqdirdə Çinin milli valyutası olan yuanın bahalaşacağı gözlənilir. 

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Çin şirkətlərində dollarla ifadə edilən aktivlərin həcmi 1 trilyon dollar dəyərindədir.

ABŞ ekspertləri proqnozlaşdırır ki, çinli şirkətlər bu aktivlərin çox hissəsini satarsa, yuan 10 faizə qədər bahalaşacaq.

Qeyri-rəsmi məlumatlara görə, Çin firmaları pandemiyadan bəri ofşor zonalarda 2 trilyon dollar dəyərində investisiya toplayıb. Dollarla saxlanılan həmin vəsaitlərə görə, yuanla saxlanılan vəsaitlərlə müqayisədə daha yüksək faiz ödənilir.

Amerikalı bəzi ekspertlər proqnzolaşdırır ki, FED faizləri endirməyə başlayarsa, o halda dollar ucuzlaşacaq və bu valyutada saxlanılan vəsaitlərin bir hissəsi yuana dəyişdiriləcək. Yeni vəziyyət yuanın 5-10 faiz bahalaşmasına səbəb ola bilər.