ABŞ-nin Kanadaya tətbiq etdiyi polad və alüminium rüsumları 50%-ə çata bilərbackend

ABŞ-nin Kanadaya tətbiq etdiyi polad və alüminium rüsumları 50%-ə çata bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Kanada polad və alüminium ilə bağlı rüsumları 25% əvəzinə 50% ola bilər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanada mətbuatı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

O bildirib ki, Kanadadan gələn metallara rüsumlar qüvvəyə minərsə, bu rüsumlar ABŞ prezidenti Donald Trampın əvvəllər tətbiq edəcəyini vəd etdiyi bütün Kanada mallarına 25% məbləğində digər rüsumlara əlavə olunacaq.

Qeyd edək ki, fevralın 1-də Tramp Kanada və Meksikadan idxal edilən mallara 25% rüsum tətbiq edən sərəncam imzalayıb.

Fevralın 10-da isə Tramp martın 12-də bütün polad və alüminium idxalına 25%-lik gömrük rüsumunun tətbiq edilməsini əmr edib.

Qərar Kanadadan gələn idxallara da şamil edilir.