ABŞ-nin tərk edəcəyi aviabazaya Rusiya hərbçiləri yerləşdirilirbackend

ABŞ-nin tərk edəcəyi aviabazaya Rusiya hərbçiləri yerləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Nigerdə ​​Amerika hərbçilərinin yerləşdiyi 101 saylı aviabazanın ərazisində məskunlaşıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, Rusiya qüvvələri ayrı kompleksdə yerləşdirilib.

Onların ABŞ həbçilərinə, binalarına və texnikasına çıxışı yoxdur. Birləşmiş Ştatlar rus hərbçiləri ilə birlikdə bazada ola bilməyəcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, təxminən min Amerika əsgəri Nigerdə ​​yerləşdirilib. Onlar antiterror fəaliyyəti ilə məşğul olublar və yerli işçilərlə birlikdə ölkə ərazisində patrul həyata keçiriblər.

Qeyd edək ki, ötən il ölkədə hərbi çevriliş baş verib, Ağ Ev bunu qanunsuz adlandırıb. Martda isə Nigerin hazırkı rəhbərliyi ABŞ kontingentinin ölkədən çıxarılmasını tələb edib. Vaşinqton bunu bir neçə ay ərzində etməyə razı olub.