ABŞ-nin Ukraynaya verəcəyi tanklar təlim üçün tezliklə Almaniyada olacaqbackend

ABŞ-nin Ukraynaya verəcəyi tanklar təlim üçün tezliklə Almaniyada olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə naziri Lloyd Ostin ölkəsinin Rusiya ilə döyüşən Ukraynaya verəcəyi “M1 Abrams” tanklarının təlim üçün yaxın vaxtlarda Almaniyada olacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lloyd Ostin mətbuat konfransında məlumat verib.

Ostin Ukrayna hərbçilərinin təlimi üçün istifadə olunacaq “M1 Abrams” tanklarının bir neçə həftədən sonra Almaniyada olacağını bildirib.

ABŞ Baş Qərargah rəisi general Mark Milley də Almaniyaya göndəriləcək tankların müharibə vasitəsi olmadığını, tank personalına atəş, manevr və texniki xidmətin öyrədilməsi üçün təlim məqsədilə istifadə ediləcəyini bildirib.

“Düşünürəm ki, bu tanklar təhvil verildikdə döyüş meydanında fərq yaradacaq” – deyə Milley bildirib.

NOCOMMENT.AZ