ABŞ vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə iştirak edəcəklər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC telekanalı Ağ Evə istinadla məlumat yayıb.
Bundan əlavə, ABŞ nümayəndə heyətinə Ağ Evin administrasiyasının rəhbəri Süzan Uayls və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog da daxil edilib.