ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi avqustun 1-də Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı vəziyyəti qiymətləndirmək üçün səfər edəcəklər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib, məlumatı RİA Novosti yayıb.
“Xüsusi nümayəndə Uitkoff və səfir Hakabi Qəzzanı ziyarət edəcək, mövcud yardım paylama məntəqələrinə baxış keçirəcək, ərzaq çatdırılması planını razılaşdıracaq və yerli sakinlərlə görüşərək yerindəki ağır vəziyyət barədə birbaşa məlumat alacaqlar”, – deyə o qeyd edib.
Levitt vurğulayıb ki, ABŞ bölgəyə “fasiləsiz humanitar yardım çatdırılmasını təmin etməyə” çalışır.