ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə uğurla hücum edib, bütün təyyarələr öz hava bazalarına qayıdıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın “Truth” hesabında məlumat verib.
“Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana yüksək uğurlu hücumumuzu başa çatdırdıq. Bütün təyyarələr hazırda İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar”, – Tramp yazıb.