ABŞ Pakistana xəbərdarlıq etdi – İranla əməkdaşlıq…backend

ABŞ Pakistana xəbərdarlıq etdi – İranla əməkdaşlıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İran qaz kəmərinin tikintisi üçün Pakistanın istəyini rədd etdi.

NOCOMMENT.az xəbər verir ki, ABŞ hökuməti dünən İran və Pakistan arasında qaz kəmərinin tikintisi layihəsinin davam etdirilməsini dəstəkləmədiyini və buna görə də Pakistanın sanksiyalardan azad edilməsini rədd etdiyini bildirib.

Məlumata görə, ABŞ xəbərdarlıq edib ki, İran hökuməti ilə əməkdaşlıq etmək sanksiyalarla üzləşmək riskinə səbəb olacaq.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bu haqda jurnalistlərə deyib:

“İran hökuməti ilə ticarət etmək ABŞ saksiyaları ilə üzləşmək riski daşıyır və biz hər kəsə bu məsələni diqqətlə nəzərdən keçirməyi tövsiyə edirik”.