ABŞ Papua Yeni Qvineya ilə əməkdaşlıq sazişi imzalayacaqbackend

ABŞ Papua Yeni Qvineya ilə əməkdaşlıq sazişi imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentindən verilən açıqlamada dövlət katibi Antoni Blinken ABŞ-Sakit Okean Zirvəsi çərçivəsində Papua Yeni Qvineyanın paytaxtı Port Moresbiyə səfəri zamanı müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq.

NOCOMMENT xəbər verir ki, müqavilə ilə ABŞ Papua Yeni Qvineyada hərbi obyektlərə çıxış imkanlarını genişləndirməyi və Sakit okeanın cənubunda təhlükəsizlik əlaqələrini gücləndirməyi hədəfləyir.

Papua Yeni Qvineya hökumətindən verilən açıqlamada, razılaşmanın qlobal təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir dövrdə milli müdafiə infrastrukturunun və potensialının inkişaf etdirilməsi üçün bir fürsət olaraq qiymətləndirildiyi bildirilib.