ABŞ Paşinyanın yalanlarını ifşa etdi – Uydurmadır!backend

ABŞ Paşinyanın yalanlarını ifşa etdi – Uydurmadır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın Blinkenlə söhbətinin yarısı mətbuat xidmətinin uydurmasıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Yerevan Today” nəşri yazıb.

İyulun 13-də ermənistan hökumətinin mətbuat xidməti ABŞ dövlət katibi Enthoni Blinken təşəbbüsü ilə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon söhbəti baş tutub. “Yerevan.today” bununla bağlı qeyd edir: “ABŞ Dövlət Departamenti telefon danışığı ilə bağlı heç bir açıqlama verməyib. “Yerevan Today” ABŞ səfirliyinə telefon danışığına dair versiyasının dərc edilməsi tələbi ilə müraciət göndərib, çünki Nikol Paşinyan və digər tərəfin mətbuat xidmətinin mətnləri üst-üstə düşmədikdə, dəfələrlə problemlə qarşılaşmışıq və Paşinyan həmişə açıqlamalara onu tərifləyən sətirlər əlavə edir.

Daha sonra ABŞ Dövlət Departamenti veb saytında telefon söhbətinin Ermənistan hökuməti mətbuat xidmətinin bəyanatından xeyli dərəcədə fərqlənən versiyasını yayımlayıb. Deyə bilərik ki, reallıq yalnız telefon danışığının baş tutmasıdır.

Məsələn, erməni mətnində belə bir cümlə var: “Amerika tərəfi Nikol Paşinyanı “Vətəndaş Müqavilə” partiyasının seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edərək, Ermənistan hökumətinin son illərdə demokratik nailiyyətləri təmin etmək üçün atdığı ardıcıl addımları vurğulayıb”.

Amerika tərəfinin mətnində isə deyilir: “Dövlət katibi 20 iyun seçkiləri ilə əlaqədar olaraq Ermənistan xalqına isti təbriklər göndərib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilər seçicilərin əsas hüquq və azadlıqlarına ümumi hörmət və seçkilərdə iştirak edən qüvvələr təşviqat kampaniyalarını sərbəst həyata keçirə bildiyi şəraitdə baş tutub”.

Erməni tərəfinin mətnində belə yazılıb: “ABŞ dövlət katibi Nikol Paşinyanın ölkədəki seçkiqabağı gərginliyi sülh yolu ilə həll etmək və müxalifətlə sivil münasibətlər qurmaq səylərini yüksək qiymətləndirib”.

Amerika mətnində bu barədə ümumiyyətlə bir cümlə belə yoxdur. Heç ola da bilməzdi, çünki heç kim gərginliyi azaltmaq və müxalifətlə sivil münasibət qurmaq səylərini görə bilməz – bu, sadəcə mövcud deyil. Üstəlik, müxalifətçilərin həbsi, axtarışlar, “Ermənistan” blokunun üzvlərinə təzyiqlər bu günlərdə də baş verir.

Amerika tərəfinin mətnində korrupsiyaya qarşı mübarizə, erməni mətnində özünə yer tapan ədalət sahəsində aparılan işlərdən əsla bəhs edilmir.

Bir sözlə, erməni və Amerika tərəfinin mətnləri tamamilə fərqlidir.

Qeyd edək ki, Nikol Paşinyan mətnləri ilk dəfə uydurmur və onların başqa ölkələrin liderlərinə, məşhur şəxsiyyətlərinə aid etmir.

Məsələn, bu il fevralın 25-də Rusiya prezidenti Vladimir Putin ilə baş nazir Nikol Paşinyan arasında bir telefon danışığı olub. Paşinyanın mətbuat xidməti “Prezident Putin Ermənistanın qanuni hakimiyyətlərini dəstəklədiyini və ölkədəki vəziyyətin tez bir zamanda həll olunacağına ümid etdiyini” mesajı yayıb. Rusiya tərəfinin mətnində “qanuni hakimiyyət” barədə bir kəlmə də yoxdur. Mətndə açıq şəkildə deyilir: “Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həll edilməsinin lehinə danışıb. Rusiya lideri, həmçinin, bütün tərəfləri təmkinli olmağa çağırıb”.

Yaxud 2021-ci il aprelin 24-də Ermənistan və Rusiya rəhbərlərinin mətbuat xidmətləri Putinlə Paşinyan arasında telefon danışığının baş verdiyi barədə bəyanatlar yayıb. Erməni tərəfinin yaydığı bəyanatda məhbuslar haqqında danışıldığı xüsusi qeyd edilir, ancaq rus dilində olan mətndə bu barədə heç nə deyilmir.

1 iyun 2020-ci ildə baş nazirinin veb saytında Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyana ad günü münasibətilə təbrik mesajı göndərdiyi bildirilib. Daha sonra bir telefon danışığının baş verdiyi barədə başqa bir bəyanat yayıb. Kreml təbrik mesajı haqqında heç nə deməyib, yalnız telefon danışığı haqqında söz var, yəni Paşinyan bir neçə abzas icad edib.

Bu yaxınlarda, iyulun 12-də hökumətin mətbuat xidməti Nikol Paşinyanın Ermənistanın milli qəhrəmanı Eduardo Eurnekyanla görüşdüyünü bildirib. Ernekyanın sözləri də təhrif olunmuş bir şəkildə təqdim edilib. O deyib: “Qərarınızı dəstəkləyirik”. Hökumətin veb saytında onun sözləri dəyişdirilib: “Qərarınızı dəstəkləyirik, çünki bu çox vacibdir və əvvəlcədən zəfərinizi dəstəkləmişik”.

Əslində, Nikol Paşinyan üçün xarici liderlərlə söhbətlərin mətnini tərtib etmək vərdişə çevrilir. Buna görə də, belə bir sual ortaya çıxır: bu hökumətin sözlərinə inanmağa dəyərmi? Yoxsa, fərq etməz sadə və “günahsız” bir təbrik, ya da hərbi “müvəffəqiyyət” haqqında bir mesaj olsun, hər şeyin təfərrüatlı şəkildə aydınlaşdırılmasına ehtiyac var?”
Yenisabah.az