ABŞ prezidenti Bayden ilə Netanyahu və Mahmud Abbas arasında telefon danışığı olubbackend

ABŞ prezidenti Bayden ilə Netanyahu və Mahmud Abbas arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden İsrail baş naziri Binyamin Netanyahudan sonra Fələstin lideri Mahmud Abbasa zəng edib.

NOCOMMENT.az sabah.com.tr-yə istinadən xəbər verir ki, İsrail baş naziri Netanyahu telefon danışığı zamanı ABŞ prezidenti Co Baydenə “sarsılmaz dəstəyi” üçün təşəkkür edərək, İsrailin mülki əhalini hədəf almadığını və hərbi təyyarələri vurmazdan əvvəl yaşayış məskənlərinin boşaldılması üçün vaxt verildiyini açıqlayıb.

Fələstin Fəth Hərəkatının Mərkəzi İcra Heyətinin üzvü Hüseyin Eş Şeyx ABŞ prezidenti Co Baydenin Fələstin lideri Mahmud Abbasa zəng etdiyi barədə ictimaiyyətə açıqlama verib.