Belarus Prezidenti Aleksandr Lukaşenko telefon danışığı zamanı ABŞ Prezidenti Donald Trampa ölkədə məhbusların azad olunması işlərinin dayandırılmadığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont TASS-a məlumat verib.
“”Məhkumlara gəlincə. Bu mövzu üzrə danışıq zamanı ABŞ Prezidenti Belarus dövlət başçısına 16 nəfərlə bağlı qəbul edilmiş qərarlar üçün təşəkkür etdi. Prezidentimiz isə cavab olaraq bildirdi ki, biz bu istiqamətdə dayanmırıq və işləməyə davam edirik”, – deyə o qeyd edib.