ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da qeyd edib.
Trampın açıqlamasına görə, 75-dən çox ölkə valyuta manipulyasiyası və qeyri-monetar rüsumları bağlı məsələlərlə bağlı danışıqlar aparmaq üçün ABŞ rəsmilərinə müraciət edib.
“Bu dövlətlər ABŞ-yə qarşı heç bir cavab tədbiri görməyib”, – Ağ Ev rəhbəri vurğulayıb.