ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Kaliforniyada vəziyyət sabitləşdikdən sonra Milli Qvardiyanı ştatdan geri çağıracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
“Təhlükə bitmədiyi müddətdə orada qalacaqlar. Təhlükə keçdikdən sonra isə gedəcəklər”, – deyə Tramp jurnalistlərin Milli Qvardiyanın Kaliforniyada nə qədər qalacağı ilə bağlı sualını cavablandırarkən bildirib.