ABŞ Prezidenti F-35 təyyarələrinin sayını azaldacağına dair iddialar var.
NOCOMMENT.az “Reuters”ə istinadən xəbər verir ki, adı açıqlanmayan 2 mənbənin məlumatına əsasən, Pentaqon gələn il alacağı qırıcıların sayının 83-dən 70-ə salınmasını istəyir.
Bu da xərclərin 1.6 milyard dollar azalması deməkdir. Növbəti il üçün müdafiə və milli təhlükəsizlik büdcəsinin 895 milyard dollar olacağı gözlənilir.
Büdcə tələbi martın 11-də açıqlanacaq. Həmin vaxtadək rəqəmin dəyişəcəyi istisna edilmir.