ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyaya qarşı yeni sanksiyaları yalnız o halda tətbiq etməyə hazırdır ki, Amerikanın müttəfiqləri Rusiya nefti almağı dayandırsınlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət başçısı Böyük Britaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
Bloomberg-in məlumatına görə, Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə söhbəti zamanı sanksiyalardan daha çox gömrük rüsumlarına üstünlük verdiyini vurğulayıb.
Amerika lideri NATO-ya üzv ölkələrə göndərdiyi məktubda Çindən idxal olunan mallara 50–100% həcmində tariflər tətbiq etməyi təklif edib. Onun sözlərinə görə, bu qərar Ukrayna münaqişəsinin dayandırılmasına töhfə verə bilər.