ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya daha 17 “Patriot” zenit-raket kompleksi göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab verməkdən yayınaraq mövqeyini açıq şəkildə ifadə etməyib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
Xatırladaq ki, iyulun 14-də Tramp NATO baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın Avropaya “Patriot” kompleksləri göndərməyə hazırlaşdığını bildirmişdi. Onun sözlərinə görə, həmin sistemlərin böyük hissəsi sonradan Ukraynaya veriləcək. Tramp əlavə etmişdi ki, amerikalı tərəfdaşlar Kiyevə ötürülən sistemlərin əvəzinə yeni ZRK-larla təmin olunacaq.