ABŞ Putinə şəxsi zərbə vurmağa ehtiyat edirbackend

ABŞ Putinə şəxsi zərbə vurmağa ehtiyat edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Alina Kabayevaya sanksiyalar paketi hazırlayıb, ancaq tətbiq etmir. Çünki bu, Putinə olduqca şəxsi bir zərbə olar.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” öz mənbəsinə istinadla məlumat yayıb.

ABŞ hakimiyyəti 38 yaşlı gimnast Kabayevanı Putinin ən azı 3 övladının anası hesab edir.

ABŞ rəsmiləri nəşrə bildiriblər ki, Kabayeva Putinin xaricdəki əmlakının gizlədilməsində şübhəli bilinir. Buna baxmayaraq, Kabayevaya sanksiya Putinə “olduqca şəxsi” zərbə sayılır ki, bunun ABŞ və Rusiya arasında olan gərginliyi son dərəcə artıracağı ehtimal edilir.