ABŞ və Avropa ölkələri Ukrayna ilə bağlı strategiyalarını dəyişir və Rusiyaya güzəştə gedirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat verir .
Nəşrin həmsöhbətinin qeyd etdiyi kimi, ABŞ prezidenti Co Bayden administrasiyası və Avropa liderləri “diqqəti gizli şəkildə Ukraynanı Rusiya üzərində tam qələbəyə nail olmaq vəzifəsində dəstəkləməkdən silahlı münaqişəyə son qoymaq üçün danışıqlarda öz mövqeyini gücləndirməyə yönəldirlər”.
Onun sözlərinə görə, Ağ Evdə gələcək sülh danışıqları ilə bağlı müzakirələr artıq başlayıb, lakin Amerika hökuməti “siyasi riskə görə açıq şəkildə geri çəkilə bilməz”.