ABŞ Qəzza danışıqlarından geri çəkilə bilər – Türkiyə XİNbackend

ABŞ Qəzza danışıqlarından geri çəkilə bilər – Türkiyə XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın iki həftə ərzində irəliləyiş əldə olunmasa, ABŞ Qəzza zolağında atəşkəs danışıqlarından çıxmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir.

“Regionda təhlükəsizliklə bağlı narahatlıqlar və qarşıdan gələn prezident seçkiləri səbəbindən Birləşmiş Ştatlar səmimi şəkildə atəşkəs razılaşmasına nail olmağa cəhd edə bilər. Bununla belə, Birləşmiş Ştatlar İsrailə heç bir təzyiq göstərmir (…) Birləşmiş Ştatlar danışıqları daha iki həftə davam etdirəcəyini, həll yolu tapılmasa, danışıqlardan çəkiləcəyini bildirib”, – anonimlik şərti ilə danışan yüksək rütbəli türk rəsmisi vurğulayıb.

O, belə bir qərarın Yaxın Şərqdə vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcəyini də vurğulayıb.