NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, Vaşinqton Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir. O, bu barədə Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında bildirib.
Vud qeyd edib ki, Birləşmiş Ştatlar həm israillilərin, həm də fələstinlilərin təhlükəsizlik şəraitində yaşaya biləcəyi davamlı sülhü güclü şəkildə dəstəkləyir.
“Bu (dərhal atəşkəs) yalnız növbəti müharibənin toxumlarını səpəcək, çünki (radikal Fələstin hərəkatı) HƏMAS qalıcı sülh və iki dövlətli həll yolu görmək istəmir”, – Vud bildirib.