ABŞ Qəzza zolağında atəşkəs olacağına ümid edirbackend

ABŞ Qəzza zolağında atəşkəs olacağına ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar yaxın günlərdə girovların azad olunması və Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı danışıqlar aparan tərəfllərin yekun razılığa gələ biləcəyinə ümid edir.

NOCOMMENT.az xəbər verir ki, Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözlərinə görə, İsrail, ABŞ, Misir və Qətər nümayəndələri Parisdə görüşərək girovların azad edilməsi və müvəqqəti atəşkəslə bağlı razılaşmanın əsas müddəaları barədə öz aralarında razılığa gəliblər.

İndi Qətər və Misir HƏMAS-la danışıqlar aparmalıdır, çünki sonda girovların azad edilməsinə məhz onlar qərar verəcəklər.