NOCOMMENT.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton İsrail və HƏMAS arasında atəşkəsin bərpası, həmçinin Qəzza zolağında girovların azad edilməsi üzərində işləməyə davam edir. O, bu barədə ABC telekanalına müsahibəsində danışıb.
“Girovlar arasında təxminən səkkiz amerikalının olduğunu düşünürük. Onlardan ən azı biri qadındır. Onların azadlığa çıxması üçün əlimizdən gələni edirik. Biz humanitar fasiləni bərpa etməyə çalışmaq üçün bölgədəki tərəfdaşlarımızla daim işləyirik”, – Kirbi bildirib.
O, ABŞ-ın İsrail xalqı üçün təhlükə kimi HƏMAS-ın aradan qaldırılmasında maraqlı olduğunu, bu məqsədə hələ nail olmadığını vurğulayıb. Kirbi qeyd edib ki, Vaşinqton Fələstin anklavında İDF hərbi əməliyyatını dəstəkləməyə davam edir.