ABŞ Qəzza zolağında körpülər sisteminin tikintisini başa çatdırdıbackend

ABŞ Qəzza zolağında körpülər sisteminin tikintisini başa çatdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Qəzza zolağının sahillərində humanitar yardımların qəbulu üçün nəzərdə tutulan üzən körpülər sisteminin tikintisini başa çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Pentaqon yayıb. Bildirilib ki, iki hissəsinin tikintisi başa çatıb və konstruksiya dənizə yekun köçürülməsini gözləyir.

Hələlik əlverişsiz hava – külək və güclü dəniz dalğaları hərbçilərə körpünü hərəkət etdirməyə və onu Qəzza zolağının sahili yaxınlığında saxlamağa mane olur.

Ona görə də bütün konstruksiya hələ də Aşdod limanında dayanıb. Pentaqon onun “bu həftənin sonunda” yerləşdiriləcəyinə ümid edib.