ABŞ Qəzzadakı girovların azadlığı üçün İsraillə işləməyə davam edəcəkbackend

ABŞ Qəzzadakı girovların azadlığı üçün İsraillə işləməyə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti Qəzza zolağından bütün girovların azad edilməsi üçün İsraillə işləməyə davam edəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

“Bu gün biz Qəzzada Həmas əsirliyindən üç girovun, o cümlədən amerikalı Keyt Siqalın azad edilməsini qeyd edirik. Prezident Tramp bütün dünyada amerikalıların təhlükəsizliyini öz administrasiyasının əsas prioriteti edib. Birləşmiş Ştatlar bütün qalan girovları ailələri ilə birləşdirmək və regionda sülhü təmin etmək üçün İsraillə işləməyə davam edəcək”, – Rubio bildirib.