ABŞ qoşunlarının çıxarılmasını müzakirə edirbackend

ABŞ qoşunlarının çıxarılmasını müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Niger hakimiyyəti ilə qoşunlarının çıxarılmasını müzakirə edir.”

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi bildirib. Qeyd edib ki, Pentaqonun nümayəndələri hazırda Nigerin paytaxtı Niameydədir.

Qeyd edək kiş Birləşmiş Ştatlar Nigerin Vaşinqtonla hərbi əməkdaşlıq müqaviləsini ləğv edəcəyini deməsindən sonra qoşunların nizamlı çıxarılması planlarını müzakirə etməyə başlayacağını açıqlayıb. Tərəflər hərbçilərin çıxarılması şərtləri ilə bağlı məsləhətləşmələri davam etdirib. Bəzi Amerika qoşunlarının Nigerin ərazisində qala bilməsi ehtimalı müzakirə olunub.