ABŞ Silahlı Qüvvələri hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə “Patriot” zenit-raket kompleksləri ilə təchiz olunmuş batalyonların sayını 15-dən 18-ə artırmağı planlaşdırır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Defense News” portalı məlumat yayıb.
Məlumata görə, yeni batalyonlardan biri Qvam adasında yerləşdiriləcək və burada “Patriot” sistemləri ilə silahlanmış birləşmiş hərbi hissə fəaliyyət göstərəcək.