ABŞ Rəfaha hücumu böyük əməliyyat saymır – AÇIQLAMAbackend

ABŞ Rəfaha hücumu böyük əməliyyat saymır – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəfahda genişlənən hücumu Bayden administrasiyasının gözündə hələ “böyük əməliyyat” sayıla bilməz”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel belə deyib. Bildirib ki, əməliyyatlar yalnız Filadelfiya dəhlizi və kənardadır:

“Biz Qəzzada böyük bir əməliyyat görmədik. Gedişatı izləyəcəyik və İsraildəki tərəfdaşlarımızla məsləhətləşmələri davam etdirəcəyik. Təbii ki, biz hər bir tədbirdə bu hərbi əməliyyatların mülki itkiləri minimuma endirəcək şəkildə aparılmasına əmin olmaq üçün mənəvi və strateji vacibliyi vurğulayırıq. Qəzzada baş verənlərdə HƏMAS günahkardır”.

“Onlar atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlsə, Rəfahdakı döyüşlər sabah bitə bilər. Buna görə də Birləşmiş Millətlər Təşkilatının bu münaqişədə beynəlxalq hüququn dəfələrlə pozulmasına məhəl qoyması vacibdir”, – deyə Patel qeyd edib.