ABŞ rəsmisi Bayramov və Mirzoyanla Laçın yolunu müzakirə etdibackend

ABŞ rəsmisi Bayramov və Mirzoyanla Laçın yolunu müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla danışıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qurumun “Twitter” hesabında məlumat verilib.

Məlumata görə, tərəflər Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə ediblər.

Donfrid Laçın dəhlizi ilə malların daşınmasını təmin etmək üçün diplomatik həll yolu tapmağı məsləhət görüb.

Karen Donfrid Azərbaycan və Ermənistan tərəflərini davamlı sülhə səsləyib.

“Hər iki ölkəni davamlı sülhə yönələn prosesə yenidən qatılmağa təşviq edirik”,- deyə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.