ABŞ rəsmisi: İsrail gəmisi İHA-nın hədəfində olubbackend

ABŞ rəsmisi: İsrail gəmisi İHA-nın hədəfində olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə rəsmisi bildirib ki, israilli milyarderə məxsus konteyner gəmisinin İrana aid olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.

NOCOMMENT xəbər verir ki, adının açıqlanmasını istəməyən rəsmi, Associated Press-ə verdiyi açıqlamada, İsrailli milyarderə məxsus Malta bayraqlı gəminin beynəlxalq sularda üzərkən İran istehsalı olan “Şahid-136” tipli İHA tərəfindən hədəf alındığından şübhələndiyini bildirib.

İHA-nın partladığını və gəmiyə zərər verdiyini bildirən rəsmi, gəmi heyətindən heç kimin xəsarət almadığını qeyd edib.

Vəziyyəti yaxından izləməyə davam etdiklərini bildirən ABŞ rəsmisi, hücumun arxasında İranın dayandığını dəyərləndirmələrinin səbəbini açıqlamaqdan çəkinib.