ABŞ Rusiya Federasiyası ilə KXDR arasında sazişin imzalanmasına reaksiya veribbackend

ABŞ Rusiya Federasiyası ilə KXDR arasında sazişin imzalanmasına reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Şimali Koreya arasında əlaqələrin dərinləşməsi və Moskva ilə Pxenyan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanması ciddi narahatlıq doğurur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti Yonhap agentliyinə məlumat verib.

“Rusiya və KXDR arasında əməkdaşlığın dərinləşməsi Koreya yarımadasında sülhün və sabitliyin qorunmasında maraqlı olanların hamısını ciddi narahat etməli olan tendensiyadır”, – ABŞ Dövlət Departamentinin sözçüsü açıqlamasında bildirib.

Pentaqonun agentliyə verdiyi məlumata görə, Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə KXDR arasında münasibətlərin inkişafına nəzarəti davam etdirəcək.