ABŞ Rusiya ilə danışıqlar aparmağa hazırdır – Baydenbackend

ABŞ Rusiya ilə danışıqlar aparmağa hazırdır – Bayden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Rusiya ilə Strateji Hücum Silahları-3-ü (RHS-3) əvəz edəcək yeni silahlara nəzarət sistemini müzakirə etməyə hazırdır. Moskva birgə işə hazır olduğunu nümayiş etdirməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden BMT-nin Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsində iştirak edən ölkələrin konfransının açılışında deyib.

“Bu gün mənim administrasiyam 2026-cı ildə başa çatan RHS-3-ü əvəz etmək üçün yeni silahlara nəzarət sistemi ilə bağlı dərhal danışıqlar aparmağa hazırdır. Rusiya nüvə silahlarına nəzarət üzrə ABŞ-la işi bərpa etməyə hazır olduğunu nümayiş etdirməlidir”, – bəyanatda deyilir.

ABŞ hesab edir ki, yeni silahlara nəzarət sisteminin müzakirəsi Çinin iştirakı ilə aparılmalıdır:

“Çin nüvə silahına malik dövlət kimi, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində və Nüvə beşliyinin üzvü kimi RHS-3-ü əvəz edəcək yeni silahlara nəzarət sisteminin inkişafı üzrə danışıqlarda məsuliyyət daşıyır”.