ABŞ Rusiya ilə ticarətini artırıbbackend

ABŞ Rusiya ilə ticarətini artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin noyabrında Amerikanın Rusiyadan idxalı 362,4 milyon dollara, Rusiya Federasiyasına ixracı isə 69 milyon dollara qədər artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Praym” agentliyi ABŞ Statistika Bürosunun məlumatlarına istinadən məlumat yayıb.

Dərc edilmiş məlumatlara görə, Rusiyadan mal idxalı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 32% artaraq 274,4 milyon dollar təşkil edib.Noyabrda ABŞ-ın Rusiya Federasiyasına ixracı 69 milyon dollara çatıb ki, bu da oktyabr ayı ilə müqayisədə (34,8 milyon dollar) 98,3% çoxdur.

Statistika Bürosunun məlumatına görə, noyabr ayı ixrac dəyəri 2023-cü ildə ən yüksək olub. Bu ilin yanvar-noyabr ayları ərzində ABŞ Rusiyadan 4,273 milyard dollar dəyərində mal idxal edib, bu dövr ərzində ixrac 538,4 milyon dollar təşkil edib.