NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi 14 Rusiya şirkəti və 3 gəmiyə qarşı sanksiya tətbiq edib. Bu barədə idarənin saytında məlumat verilir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiya siyahısına “VNIIR Transstroy”, “VNIIR Promelektro”, “VNIIR Qidroelektroavtomatika”, eləcə də Liberiyada qeydiyyatdan keçmiş “Progress” gəmiçilik şirkəti əlavə edilib.
Daha əvvəl Reuters xəbər vermişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketi çərçivəsində 47 fiziki və 72 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Qeyd olunub ki, bu şəxslərin Avropa İttifaqına girişi qadağan olunacaq, aşkar edilərsə, aktivləri dondurulacaq.