Ukraynanın müharibədən sonrakı bərpası üçün Vaşinqton-Kiyev tərəfdaşlığı Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli olduğu iddia edilən heç bir ölkənin və ya şəxslərin iştirakına imkan vermir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilmiş bəyanatda deyilir.
“Rusiya hərbi maşınını maliyyələşdirmiş və ya təchiz etmiş heç bir dövlət, şirkət və ya fiziki şəxs Ukraynanın yenidən qurulmasından, o cümlədən fondun maliyyələşdirdiyi layihələrdə iştirakdan faydalana bilməyəcək”, – bəyanatda deyilir.