ABŞ: Rusiya strateji, əməliyyat və taktiki baxımdan məğlub oldubackend

ABŞ: Rusiya strateji, əməliyyat və taktiki baxımdan məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı öncəsi Ukrayna Müdafiə Təmas Qrupu 9-cu dəfə toplaşıb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə birgə mətbuat konfransı keçirən ABŞ Baş Qərargah rəisi general Mark Milley Rusiyanın Ukraynaya qarşı strateji, əməliyyat və taktiki baxımdan məğlub olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putinin Ukraynanı tez bir zamanda məğlub edə biləcəyini, NATO ittifaqını parçalaya biləcəyini və hərəkətlərinin cəzasız qalacağını düşündüyünü deyən Milley Putinin səhv etdiyini bildirib.

NATO-nun heç vaxt bu qədər güclü olmadığına diqqət çəkən Milley, “Rusiya indi qlobal olaraq kənarda qalıb. Dünya Ukraynanın cəsarətindən və möhkəmliyindən ilhamlanmaqda davam edir. Bir sözlə, Rusiya məğlub oldu. “Onlar strateji, əməliyyat və taktiki cəhətdən məğlub oldular və döyüş meydanında çox böyük bədəl ödəyirlər”.

NOCOMMENT.AZ